Müğənni Emin Ağalarov “Nargiz” jurnalının “Anket” rubrikasının qonağı olub.
– Həyat şüarınız…
-Hər zaman irəli getmək. Məqsədlərinə nail olmaq. Yüksək hədəfləri olmaq.
-Uşaqların tərbiyəsində əsas olan…
-Onlara diqqətdir.
-Ambisiyalı insansız?
-Bəli
-Siz brendomaniyaya məruz qalanlardansız?
-Xeyr. Brendlər müəyyən istiqamət verir, lakin bu, məqsədin özünə çevrilməməlidir.
-Stilist köməyindən istifadə edirsiz?
-Xeyr. Mən uzun illər fashion bizneslə məşğul olmuşam. Buna görə də özümə güvənirəm.
-Keçmişə qayıtmaq olar?
-Xeyr, lazım da deyil.
-Böyük uğurdan məni ayırır…
-Bütün ömür.
-Sağlam həyat tərzi sürürsüz?
-Həm hə, həm yox. Çoxlu idman, az yuxu. Yeməkdə məhdudiyyət qoymuram, lakin hər zaman yeməyə vaxt tapmıram.
-Uğursuzluq sizi növbəti işlərə sürükləyir, yoxsa əksinə?
-Mənim vəziyyətimdə, bəli irəli aparır.
-Memuarınızı nədən başlayardınız?
-İndi nə hiss edirəmsə ondan
-Bəs indi nə hiss edirsiniz?
-Etməyi nəzərdə tutduğum şeylərə zaman çatdıra bilməməyim.
-Mətbuatdan hər zaman gözlədiyiniz, lakin heç vaxt sizə verilməyən sual hansıdır?
-Mənim ən çox sevdiyim mahnım hansıdır. Mən isə cavab verərədim ki, onu hələ yazmamışam.
-Özünüzü təsvir edin?
http://s019.radikal.ru/i607/1402/27/18ac64196497.jpg