Ebru Polat maraqlı açıqlamaları ilə yadda qalıb
Türkiyənin pop ulduzu Ebru Polat geyimi ilə hər kəsdə maraq oyadıb. ANS PRESS-in məlumatına görə, bu yaxınlarda Azərbaycana gəlməyi planlaşdıran cazibədar ifaçı ötən gün model Çağla Şikelin və Alişanın aparıcılıq etdiyi verilişə qatılıb. Proqram maraqlı məqamlarla yadda qalıb.
İlk peşəsi vəkil olan Ebru Polat proqramda vəkil geyimi geyərək pozalar verib. O bildirib ki cəmi bir il müddətində vəkil vəzifəsində işləyə bilib: “Vəkil işlədiyim zaman həbs edilən insanları gətirirdilər, onlar isə ancaq mənə baxmaqla məşğul olurdular. Otaqdan ayrıldığım zaman belə arxamca gəlirdilər. Sonda qərara gəldim ki, mən bu işdə axıra qədər gedə bilməyəcəm- deyərək Ebru maraqlı açıqlama verib.
Qeyd edək ki, Türkiyənin seksual ifaçılarından biri sayılan Ebru Polad bir neçə ay əvvəl qalmaqallı müsahibələri ilə gündəmə gəlmişdi. Müğənni Azərbaycanlı bir kişiylə münasibətdə olduğunu və bir-birlərini çox sevdiklərini deyərək Azərbaycan mətbuatının maraq dairəsinə düşüb.
Xatırladaq ki, sənətçi bu yaxınlarda azərbaycanlı iş adamlarından birinın dəvətilə bir günlük ad günü mərasimində iştirak etmək üçün Bakıya gəlir. Ebru Polatın pərəstişkarı olan azərbaycanlı iş adamı, müğənni üçün xüsusi təyyarə təsis edib.