Moskva şəhərinin meri Sergey Sobyanin arvadı İrinadan boşanıb. Modern.az saytı “Ria Novosti”yə istinadən xəbər verir ki, məlumatı Sergey Sobyaninin özü də təsdiqləyib:
”Biz qarşılıqlı anlaşma şəraitində boşanmağı qərara almışıq, bu, bizim İrina ilə şəxsi məsələmizdir. Biz bir-birimizə bundan sonra da hörmət edəcəyik. Ümid edirik ki, cəmiyyət də bizim şəxsi həyatımızla bağlı qərarımıza hörmətlə yanaşacaq” – deyə Moskva meri bildirib.
Ancaq boşanmanın əsl səbəbi açıqlanmır.
Sergey Sobyanin və İrina Sobyaninanın iki qızı var.