Ukraynada ölkə ərazisində rus dilinə və digər qeyri-dövlət dillərinə rəsmi status verməyə icazə verən “Dövlət dil siyasəti haqqında” qanun ləğv edilib.
Virtualaz.org saytı Ukrayna nəşrlərinə istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ali Rada tərəfindən qəbul edilib.
Qnunun ləğvinə 450 deputatdan 232-si səs verib. Onların çoxu müxalifətdən olan deputatlardır. Yada salaq ki, həmin qanun Yanukoviçin başçılıq elədiyi hakim Regionlar Partiyasının təşəbbüsü ilə 2012-ci ildə qəbul edilmişdi.