Ukrayna müxalifətinin fəalları Kiyev yaxınlığındakı fərdi anbarda dəyəri təxminən 2 milyon dollara bərabər olan 12 eksklüziv avtomobil aşkarlayıblar. Musavat.com-un TSN-ə istinadən verdiyi məlumata görə, maşınların Viktor Yanukoviçin oğluna məxsus olduğu bildirilir.
Anbardakı ən bahalı avtomobil eksklüziv zirehli “Knight XV”dır. Onukn qiyməti təxminən 700 min dollardır.
“İnternational” pikapının qiyməti 130 min dollardır. Viktor Yanukoviçin oğlu məhz bu avtomobillə üç il əvvəl drift üzrə Ukrayna çempionatına qatılmışdı.