D18 Hərəkatının sədri Ruslan İzzətli son günlər baş verən tələbə aksiyalarına münasibət bildirib
Ruslan İzzətli: “ Hakimiyyətin apardığı yanlış siyasət təhsil sahəsində də özün göstərir. Rüşvət və haqsızlıq tələbələrin aksiyasına səbəb oldu. Öncə vurğulayım ki, Nazirlər Kabinetinin verdiyi qərarda heç bir hüquqi əsas yoxdu. Əgər tələbə əlavə dərs saatı götürsə o zaman baloniya sisteminə görə pul ödəməlidir. Amma, keçdiyi dərsdən hər hansı kəsri varsa, buna görə pul ödəməsi tələbəyə qarşı atılan haqsız bir durumdur. Hakimiyyət onsuzda tələbəyə verdiyi cuzi təqaüd onun problemlərin ödəmir, əksinə kreditlərin tətbiq edilməsi daha da durumu ağır olan tələbəni sosial cəhətdən əzir. BDU tələbələrinin öz haqlarını qorumaq üçün atdıqları addımı hərəkat olaraq dəstəkləyirik. Bu gənclərin öz hüquqlarının kollektiv şəkildə qoruması üçün doğru bir addımdır. Hərəkatımızın universitet özəklərinin bizə verdikləri məlumata görə, digər universitetlərdə də tələbələr ciddi narazıdı. Hakimiyyət əməli addım atmayacaqsa ciddi tələbə hərəkatıla üz-üzə qalacaq.
Tələbələr heç bir təyziqdən çəkinməməli, həmrəy olmalı, öz hüquqlarını qorumalı və cəmiyyətin bütün təbəqələri də bu məsələdə onlara ciddi dəstək verməlidir.”