Soyqırım törədənlər üçün xüsusi tribunal yaradılması təklif edildi; erməni əsirliyində olan xocalılı sakinin tükürpədən hekayəti
Bu gün XX əsrdə insanlığa qarşı baş verən ən dəhşətli Xocalı faciəsinin 22-ci ildönümüdür. İşğal zamanı ermənilər dinc əhaliyə qarşı vəhşi soyqırım həyata keçirilib. Nəticədə 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Bu gün təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrinə Xocalı qırğınının qurbanları yad ediləcək. Azərbaycan prezidenti və hökumərt üzvləri səhər “Xocalı abidəsi”ni ziyarət edəcəklər. Milli Şura saat 12:00-da, Müsavat Partiyası isə saat 12.30-da faciə qurbanlarını anacaq.
Fevralın 25-də qardaş Türkiyədə Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirilib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında Xocalı faciəsinin ildönümünə toxunub. APA-nın xəbərinə görə, R.T.Ərdoğan hadisə zamanı ölən, yaralanan və itkin düşənlərlə bağlı rəsmi rəqəmləri millət vəkillərinin diqqətinə çatdırıb: “Xocalıda həlak olanlar Azərbaycanın övladları olduğu qədər, bizim də övladlarımızdır. Azərbaycanlı qardaşlarımızın bu acısını bölüşür və ölənləri bir daha rəhmətlə anırıq”.
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 26 fevral – Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, partiya sədri bəyanatında bildirib ki, CHP tarixin bu üzüntülü və acılı səhifəsini unutmayacaq və unutdurmayacaq.
O, soyqırım faktını pisləyərək, Azərbaycan və onun xalqına dəstək etdiyini vurğulayıb: “22 il öncə bu gün Azərbaycanda insanlığa sığmayan bir hadisə yaşandı. Xocalı qətliamı bizim yaddaşlarımızda yaşamağa davam edir. CHP olaraq biz bu hadisəni unutmayacağıq və unutdurmayacağıq, azərbaycanlıların haqlı mübarizəsinə dəstək verəcəyik. CHP bu cür hadisələrin təkrarlanmaması və regionda sülh və əmin-amanlığın bərqərar olunması üçün əlindən gələni etməyə davam edəcək. Soyqırım zamanı həlak olanlara Allahdan rəhmət diləyir, Azərbaycan xalqına sevgi və salamlarımızı çatdırırıq”.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
O, Xocalı soyqırımını insanlıq tarixinə vurulan böyük bir ləkə olaraq qiymətləndirib.
C.Çiçək qeyd edib ki, XX əsrin ən böyük qətliamlarından biri Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda törədilib: “Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutan Ermənistan yüz minlərlə Azərbaycan türkünü dədə-baba torpaqlarından uzaqda yaşamaq məcburiyyəti ilə üz-üzə qoyub. Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər beynəlxalq ədalət mühakiməsi qarşısına çıxarılmalı və onlardan hesab sorulmalıdır. Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son verməlidir. 22 il öncə Xocalıda baş verən qətliamı bir daha qınayır, soyqırıma məruz qalan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm”.
“Xocalıda soyqırım törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün xüsusi tribunal yaradılmasının vaxtı çatıb”.
Bunu Azərbaycan Ombudsman Aparatında Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Moldovanın parlament ombudsmanı Aureliya Qriqoriu deyib.
A. Qriqoriu bildirib ki, tribunal Yuqoslaviyadakı soyqırımla bağlı yaradılmış tribunala bərabər bir orqan olmalıdır: “Hələ şahidlər sağ və faktlar ortadaykən Azərbaycan belə bir tribunalın yaradılması təşəbbüsü ilə çıxış etməlidir. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Serj Sarkisyan bu əməli ilə qürrələnir, internetdə etirafları var, onu cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Mən soyqırımın öyrənilməsi üzrə Qubada tədbir keçirilməsini də təklif edirəm. Qoy ekspertlər və hüquq müdafiəçiləri orada iştirak etsin, hər kəs ermənilərin 1905-ci ildən başlayaraq Azərbaycanda törətdiklərini bilməlidir”.
http://s017.radikal.ru/i404/1402/eb/1b70ee6fb493.jpg
http://i074.radikal.ru/1402/99/719ef078c19b.jpg
http://s020.radikal.ru/i709/1402/43/ade83b50f482.jpg
http://s019.radikal.ru/i637/1402/e9/995c2538504b.jpg
http://i047.radikal.ru/1402/08/c35d90f7ea8a.jpg
http://i023.radikal.ru/1402/d5/e2bc9466c89e.jpg
http://s017.radikal.ru/i444/1402/70/5f9d72debce3.jpg
http://s019.radikal.ru/i631/1402/2c/d957a6a33e96.jpg
http://i016.radikal.ru/1402/29/7195ae2a405e.jpg