Ermənistanın məşhur xəbər saytı olan “Aysor.am” dağıdılıb. “Axar.az” xəbər verir ki, sayt “Anti armenian team” haker qrupu tərəfindən məhv edilib.
Dağıdılan saytda hakerlər Xocalının iqtisadi-coğrafi vəziyyəti və Xocalı soyqırımı haqqında məlumat yerləşdiriblər. Saytda həmçinin Toni Blakman və “Dəyirman” qrupunun “Xocalıya ədalət” (“Juctice for Khojaly”) repi də yerləşdirilib. Hələlik haker qrupunun tam olaraq nə qədər erməni saytı dağıtdığı bəlli deyil.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.