Timur Mixail oğlu Kərimov (Rodrigez). Rusiyalı aktyor, aparıcı, müğənni. Bəs görəsən damarlarında azərbaycanlı qanı axan bu istedadlı şəxs kimdir?
Timur 1979-cu ilin oktyabrın 14-də Rusiyanın Penza şəhərində anadan olub. Atası əslən azərbaycanlı Mixail İlyas oğlu Kərimovdur. Anası Zlata Yefimovna Levina isə yəhudidir. Rusiyada bir neçə televiziya yarışmalarının qalibidir. Timurun atasi Mixail Kərimov Penza şəhərində Kukla teatrının yaradıcısı , anasi Zlata Levina isə ingilis dili tərcüməçisi olub. Timur da anasının yolu ilə gedərək Penza Pedoqoji universitetinin ingilis dili fakültəsini bitirir. Universitet illərində məşhur “Valeon Dasson” KVN komandasında çıxış edir. Hələ uşaq yaşlarından Timur atasının rəhbərlik etdiyi teatrda epizodik rolları oynayıb. Məhz bunların sayəsində Timur incəsənətə maraq göstərir. Anası Timurun uşaqlığını belə xatırlayır: “O, uşaq olarkən atasi tez-tez qastrollara gedirdi. Timurun atasına yazdığı bir məktubu indi də saxlayıram. O ,atasına belə yazmışdı: “Ata ,sənin üçün çox darıxmışam. Anamın və nənəmin sözlərinə qulaq asıram, yeməyimi yeyirəm. Sənə çəkdiyim şəkilləri göndərirəm.”
Məhz atasının sayəsində Timur uşaq vaxtı musiqi ilə tanış olur. Onun əla musiqi duyumu və səsi olduğunu görən atası Timuru bu sahəyə həvəsləndirir. Timurun ən sevimli müğənnisi isə Elvis Presli idi. Universitet illərində KVN komandasındakı çıxışı isə ona məşhurluq gətirir. 2001-ci ildə Timur 3 dostu ilə Moskvaya köçür. Həmin vaxtları isə o, özü belə xatırlayır: “Moskvada Sülh prospekti metrosunun yanında kirayə ev tutmuşduq. Pulumuz yox idi. Valideyinlərimiz daim bizə yemək göndərirdilər”.
Amma Timurun istedadını Moskva tez kəşv edir. Muz Tv-də teleyarışda iştirak edib, qalib olur. Daha sonra radiostansiyaların birinə keçən Timura Rodrigez ləqəbi verilir. Sonralar isə o, bunu özünə soyad seçir. Klublarda çıxış edib, televiziya proqramlarına qatılan Timir artıq Rusiyada tanınmış bir adama çevrilir. Burada isə o, Anna ilə tanış olaraq evlənir. Rusiyanın 1-ci kanalında “Odin na Odin” telelayihəsində isə o, karyerasının pik həddinə çatır. Timur Rodrigez iki oğul atasıdır.
interpress.az
http://s019.radikal.ru/i634/1402/28/86fb5f228cf7.jpg
http://i031.radikal.ru/1402/84/664fb725d761.jpg
http://s003.radikal.ru/i202/1402/af/7faf491b0102.jpg
http://s003.radikal.ru/i201/1402/b3/98b68b5de155.jpg