Bu il “Eurovision 2014” musiqi yarışmasında Azərbaycanı gənc müğənni Dilarə Kazımova təmsil edəcək.
“Qafqazinfo”nun məlumatına görə, “Eurovision 2014”-ün seçim turu olan “Böyük səhnə”nin qalibi olan sənətçi Azərbaycanı Danimarkada baş tutacaq müsabiqədə təmsil edəcək.
Dilarə Kazımova Bakıda 1984-cü ildə anadan olub. Ü. Hacıbəyli adına Bakı musiqi akademiyasını bitirib, ixtisası – opera vokalıdır. İkinci təhsilini incəsənət gimnaziyasında alıb. “Eurovision” mahnı müsabiqəsinə milli seçimlərin (2008, 2010) iştirakçısı olub. “Yeni Dalğa 2010” müsabiqəsinin laureatıdır. Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir.
Qeyd edək ki, final şousu martın 2-də saat 23:00-da İTV-nin efirində baş tutacaq.
http://s020.radikal.ru/i708/1403/0a/7491e6033ae0.jpg
http://s43.radikal.ru/i101/1403/73/072fa6058fb4.jpg
http://s020.radikal.ru/i721/1403/1e/466633c3fb1f.jpg
http://s020.radikal.ru/i717/1403/ac/8b2fe73f698c.jpg
http://s020.radikal.ru/i717/1403/d5/3dcb944f1fa7.jpg
http://i016.radikal.ru/1403/1c/7da6adfd9c56.jpg
http://s57.radikal.ru/i157/1403/d2/5cd42b3ea6fe.jpg
http://s019.radikal.ru/i627/1403/3d/01e6959ecacd.jpg
http://s005.radikal.ru/i210/1403/6a/2a0b5c082e89.jpg
http://s020.radikal.ru/i711/1403/b6/2465191887fb.jpg
http://s019.radikal.ru/i640/1403/b1/7691c1d699e0.jpg