Həbsə düşən Fırat Mercan həbsxanada Azərbaycan xalq mahnısı “Sarı Gəlin”i oxuyur
Türkiyənin özəl telekanallarınan birində nümayiş olunan serialda Azərbaycan xalq mahnısı səsləndirilib.
ANS PRESS-in xəbərinə görə, bu, “FOX” telekanalında nümayiş olunan, baş rollarındaEce Uslu (Ebru Sezgin Şanverdi) və müğənni Yavuz Bingölün (Fırat Mercan) oynadığı “Karagül” serialında baş verib.
Serialın ötən axşam nümayiş olunan 35-ci seriyasında həbsə düşən Fırat Mercan həbsxanada Azərbaycan xalq mahnısı “Sarı Gəlin”i oxuyur.
Başqa bir məhkum isə balabanla onu müşayiət edir.