Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bəyan edib ki, Viktor Yanuokviç Rusiya prezidenti Vladimir Putini Ukrayna ərazisində asayişin bərpası üçün Rusiya Silahlı Qüvvələrini işə qoşmağa çağırıb.
“Ukraynanın qanuni seçilmiş prezidenti kimi prezident Putinə Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində qanunçuluğun bərpası üçün istifadə xahiş edirəm”, – Vitali Çurkin Viktor Yanukoviçin müraciətindən BMT Təhlükəsizlik Şurasının iclasında sitat gətirib.
“Qərb ölkələrinin təsiri ilə açıq terror və zorakılıq hökm sürür. İnsanlar siyasi və dil əlamətlərinə görə təqib olunurlar”, – Yanukoviç Putinə yazıb.
Rusiyalı diplomatın sözlərinə görə, Rusiya prezidentinə müraciət bu il martın 1-də edilib.