Bu gün saat 15:00-da Bakının Səbail rayonu ərazisində orta məktəb şagirdi olan qız intihar edib.
Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Mətbuat prospekti 2 ünvanında 1997-ci il təvəllüdlü Zərifə Mübariz qızı Əsədova özünü binanın doqquzuncu mərtəbəsindən atıb.
Qız hadisə yerində ölüb. Onun orta məktəbin 11-ci sinif şagirdi olduğu məlum olub.
Qeyd edək ki, qızın mobil telefonundan atasına göndərdiyi mesaj tapılıb. “Ata, məni bağışla! Mən bacarmadım”.
Hazırda intiharın səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.