Məşhur avstraliyalı müğənni Kayli Minouq “Kiss Me Once” (Bir dəfə öp məni) adlı yeni albomunu buraxıb. 45 yaşlı müğənninin yeni albomunda 11 mahnı yer alıb.
ANS PRESS-in məlumatına görə, albomun rəsmi təqdimetmə mərasimi martın 17-də keçiriləcək.
Müğənni albom üzərində ABŞ müğənnisi Beyonsun həyat yoldaşı, məşhur reper Jay-Z ilə birlikdə işləyib.
Kayli Minouq albomu reklam etmək üçün dünya turnesinə çıxmağı planlaşdırıb.
Xatırladaq ki, bu, Kayli Minouqun sayca 12-ci albomudur. Onun son albomu 2012-ci ildə “Aphrodite” adı ilə işıq üzü görmüşdü.