3500 nəfərlik hava desant qoşunları təcili olaraq döyüş vəziyyətinə gətirildi
Rusiya təsili olaraq desant qoşunlarını ayağa qaldırıb.
Avropa. info Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 3500 nəfərlik Rusiya hava desant qoşunlarını təcili olaraq döyüş hazırlığı vəziyyətinə gətirib. Bu sayda desant qoşunun çıxarılmasına səbəb genişmiqyaslı hərbi təlimlər keçirmək və lazımi anda qarşıya qoyulan tapşırığı yerinə yetirmənin hazırlıq vəziyyətini öyrənməkdir.
Hərbi təlimlər martın 14-dək davam edəcək və təlimlərə desant qoşunları ilə yanaşı desant kəşfiyyat, paraşutçü desantlar, zenit-raket qüvvələri, artileriya və digər qoşun növləri də cəlb edilib. Ümumilikdə isə bu hərbi təlimlərə 4 mindən artıq hərbçi və 36 hərbi hava təyyarələri, vertolyotları və digər hava nəqliyyatı cəlb olunub.