Kurskda taksi sürücüsünə seks təklif edən və polis əməkdaşını döyən 27 yaşlı qadın barəsində açılan cinayət işinin istintaqı başa çatıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Kursk sakini olan 27 yaşlı Anna Medvedyeva 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Cinayət işinin materiallarına görə, 12 dekabr 2013-cü ildə axşam saatlarında içkili vəziyyətdə olan Anna Medvedyeva Dəmiryolu vağzalı meydanında taksi saxlayıb. O, sürücüdən onu evinə aparmağı xahiş edib. Taksi sürücüsü razılaşıb və onu avtomobilinə götürüb.
“Yolda qadın taksi sürücüsünə seks təklif edib və qəfildən üst paltarlarını soyunmağa başlayıb. Taksi sürücüsü isə onunla intim əlaqədə olmaqdan imtina edib. Buna baxmayaraq, qadın soyunmaqda davam edib”, – cinayət işinin materiallarında bildirilir.
Gözləmədiyi vəziyyətlə qarşılaşan sürücü yolunu dəyişərək avtomobili Kursk şəhər 5 saylı polis şöbəsinə sürüb. O, polisə avtomobilin salonunda sərxoş vəziyyətdə olan sərnişin qadının qeyri-adekvat hərəkətləri barədə məlumat verib. Bundan sonra məlumatı dəqiqləşdirmək üçün iki polis əməkdaşı avtomobilə yaxınlaşıb. Onlar tamamilə çılpaq vəziyyətdə olan qadından geyinib avtomobildən düşməyi tələb ediblər. Qadın əvvəlcə bundan imtina edib, sonradan geyinərək taksidən düşüb.
“Avtomobildən düşdükdən sonra polis şöbəsinə getməmək üçün qadın telefonunu saxladığı sağ əli ilə polis əməkdaşlarından birinin burnuna zərbə endirib. Nəticədə polis əməkdaşı yüngül xəsarət alıb”,- cinayət işinin materiallarında bildirilir.
Taksi sürücüsünə seks təklif edən və polisə xəsarət yetirən qadın yaxın günlərdə məhkəmə qarşısında dayanacaq.