Mərakeş əsilli gənc qız “Miss İsrael-2014” seçilib.
ANS PRESS-in xəbərinə görə, İsrailin Hayfa şəhərində təşkil edilən “Miss İsrael-2104” gözəllik müsabiqəsinin qalibi Mərakeş əsilli gənc bir qız olub.
18 yaşlı Mor Maman İsrailin ən gözəl qızı adını qazanıb. İsraildə doğulan gözəl qızın əsli Mərakeşlidir.
Mor Maman bu ilin axırı Braziliyada keçirilməsi planlaşdırılan “Dünya Gözəli” gözəllik müsabiqəsində İsraili təmsil edəcək.
13 yaşında ikən çəkisi 30 kiloya düşən gənc qız daha sonra “Facebook”da bir səhifə açaraq balanslı qidalanma və bir sıra üsulla artıq kilolarından xilas olmaq istəyən qızlara kömək edir.
http://s003.radikal.ru/i202/1403/b7/83614a457b23.jpg
http://s013.radikal.ru/i323/1403/b5/3f444be4f1cb.jpg
http://s005.radikal.ru/i210/1403/e7/9718a697ccc8.jpg