Putin Krım tatarlarına yaxşı həyat vəd edib. Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə açıqlamasında Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarının yekunu barədə danşarkən deyib.
Onun sözlərinə görə, yarım saatdan artıq çəkən telefon danışığında Krım ətrafında cərəyan edən hadisələr və bu məsələlər Krım tatarlarının mövqeyi müzakirə edilib. Telefon danışığı zamanı Putin Krım tatarlarına Rusiyadakı Tatarstandakı tatarların həyat səviyyəsinə bərabər həyat səviyyəsinə uyğun xoşbəxt yaşayış söz verib.
Telefon danışığı Tatarstanın sabiq-prezidenti Mintimer Şaymiyevin iştirakı ilə olub. Danışıların yekunu olaraq qərara alınıb ki, lazım bilinən anda danışıqlar davam etdirilsin.
16 mart referendum məsələsinin də müzakirə edildiyini deyən M.C.Krımoğlu deyib ki, Putin Ukraynanın vaxtilə qanunauyğunluq olmadığından tam qanuni olaraq SSRİ tərkibindən çıxmadığını bildirib.