Bakıda ana və azyaşlı körpəsi itkin düşüb. Lent.az-ın məlumatına görə, Nərimanov prospektində yaşayan 1974-cü il təvəllüdlü Məmmədov Nəsrulla Bəhram oğlu Yasamal rayon Polis İdarəsinə bildirib ki, həyat yoldaşı və azyaşlı qızı naməlum şəraitdə itkin düşüb. N.Məmmədov ərizəsində qeyd edib ki, həyat yoldaşı, 1981-ci il təvəllüdlü Xudilina Nadejda Viktoryevna və qızı, 2011-ci ildə anadan olmuş Məmmədova Maya Nəsrulla qızı bir neçə gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hazırda müraciət əsasında müvafiq tədbirlər görülür.