Tanınmış repçi Elşad Xose bu gün vəfat edən həmkarı Hüseyn Dərya haqqında fikirlərini açıqlayıb.
“Allah rəhmət eləsin. İnsanıq. Hər birimizin başına gələ bilər belə hadisə”, – Elşad deyib.
O, son vaxtlar Hüseynlə onun arasında rəqabət olmadığını bildirib.
“10 il əvvəl rəqib idik, ancaq son vaxtlar o, yaradıcılıqla məşğul deyildi. Ona görə rəqabət də yox idi”, – əlavə edib.
Xose onu da deyib ki, Hüseynin dəfn mərasimində iştirak edəcək: “Dəfn mərasimi harada olsa, gedib iştirak edəcəm”.