Türkiyəli müğənni, aktrisa Hülya Avşar şəxsi həyatı ilə bağlı açıqlama verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bundan sonra heç kimlə ailə qurmayacağını bildirib:
“Evliliyim bitdikdən sonra söz verdim ki, həyatımda uzun müddət heç kim olmayacaq. Daha sonra bir münasibətim oldu və artıq heç kəslə birlikdə ola bilmərəm. Qızım Zəhra atasından sonra yalnız bir kişini tanıyıb, daha çox olmasını istəmirəm. Bu onun psixologiyasına mənfi təsir edər. Evlilik məsələsi mənim üçün çoxdan bağlanıb. Bütün evli cütlüklərə xoşbəxtlik diləyirəm”.
Qeyd edək ki, H. Avşar iş adamı Kaya Çilingiroğlu ilə evli olub. Cütlüyün Zəhra adlı qızı hazırda 19 yaşındadır. Müğənni daha sonra Səadətdin Saranla münasibətdə olub.