Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.
İngiltərənin “Çelsi” klubu öz meydanında “Qalatasaray”ı qəbul edib. İstanbulda ilk oyun 1:1 hesabı ilə bitmişdi. Budəfəki qarşılaşmada “Çelsi” “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb.
Digər oyunda isə “Real” (Madrid) “Şalke” ilə üz-üzə gəlib. Almaniyada baş tutan ilk oyunda Madrid klubu 6:1 hesablı qələbə qazandığından bugünkü qarşılaşmanın formal xarakter daşıyacağını demək olardı. Bu matçda da 3:1 hesabı ilə qalib gələn Madrid klubu növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki 1/8 final mərhələsinə martın 19-da keçiriləcək iki oyunla yekun vurulacaq.
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
“Çelsi” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) – (İlk oyun – 1:1) – 2:0
“Real” (Madrid, İspaniya) – “Şalke” (Almaniya) – (İlk oyun – 6:1) – 3:1
”Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – (İlk oyun – 2:0) – 2:1
PSJ (Fransa) – “Bayer” (Leverkuzen, Almaniya) – (İlk oyun – 4:0) – 2:1
“Atletiko” (Madrid, İspaniya) – “Milan” (İtaliya) – (İlk oyun – 1:0) – 4:1
“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) – (İlk oyun – 2:0) – 1:1
19 mart
23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Zenit” (Rusiya) (İlk oyun – 4:2)
23:45. “Mançester Yunayted” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) (İlk oyun – 0:2)