Türkiyənin Ali Seçki qurumu Ədalət və İnkişaf Partiyasının (AKP) hazırladığı reklam çarxına qadağa qoyub.
Publika.Az xəbər verir ki, buna dövlət atributlarından doğru istifadə edilməməsi səbəb göstərilir. Reklam çarxında Türkiyə bayrağı və İstiqlal marşı yer alır. Reklamda dua edən bir nəfər də təsvir edilib. Türkiyə seçki qanunlarına əsasən, siyasi kampaniyalarda bayraqdan və dini simvollardan istifadə etmək olmaz.
Türkiyə mediası baş nazir Rəcəb Təyyib Ərdoğanın bir sitatını önə çəkib:«Biz də bunu qadağan edərik. Biz bu qadağanı qadağan edəcəyik».