Belə məlum olur ki, bu zavallılar “günahlarını” yumaq üçün hələlik yer tapa bilmir.
İrəvandakı seksual azlıqların nümayəndəsi “Qrapark” qəzetinin müxbirinə belə deyib: “Axı biz də insanıq və nəhayət xristianıq, lakin seksual azlıqlara mənsub olduğumuz üçün bizi kilsəyə ibadətə yaxın buraxmırlar. Çox arzulayırıq ki, bir gün bizim də öz küncümüz olsun, ibadət edək, dini kəlamları eşidək”.
Dünyada seksual azlıqlar üçün nə desən tikirlər, yaradırlar. Məsələn, seksual azlıqların məxsusi otelləri, restoranları, istirahət zonaları, hətta məktəbləri də var. Lakin dini ocağa gəldikdə, vəziyyət dəyişir. Dünya dinləri və təriqətlərindən böyük əksəriyyəti seksual azlıqları yaxına buraxmır, onları lənətləyir.
Amma İrəvan həmişə olduğu kimi, bu işdə də dünyaya “nümunə” göstərə bilər. İndi “humanist” ermənilər öz seksual azlıqda olan bacı və qardaşları üçün kilsə tikib ibadət ocağı yaratmağı düşünür. Hələlik kilsənin necə adlanacağı və harda yerləşəcəyi barədə müzakirələr gedir.
Bəs bu “gözəlçələrin” keşişi kim olacaq? Ora gələnlərin seksual azlıq olub-olmamasını necə yoxlayıb içəri buraxacaqlar?