Bazar günü Suriyanın Lazkiyə bölgəsindən şimalda baş verən döyüşlər zamanı Regional Milli Müdafiə Qüvvələrinin komandiri Hilal əl-Əsəd həlak olub.
Teleqraf.com-un “İTAR-TASS”a istinadən xəbərinə görə, bu barədə SANA agentliyinə dənizətrafı vilayətin rəhbəri Əhməd Şeyx Abdulqadir bildirib. O, deyib ki, “öz vətənpərvərliyi ilə tanınan komandir qəhrəman kimi öldü”.
Hilal əl-Əsəd prezident Bəşər Əsədin əmisi oğludur. Onunla birlikdə Türkiyə ilə sərhəddə yerləşən şəhərdə daha yeddi əsgər həlak olub.
Regional Milli Müdafiə Qüvvələri yarımhərbi birləşmədir və Suriya ordusuna dəstək məqsədilə 2012-ci ildə yaradılıb. Lazkiyədə onlar ələvilərdən təşkil olunub. Qeyd edək ki, prezident Bəşər Əsəd və onun ailəsi də bu icmaya məxsusdur.