16 gündür 239 insanla itən Malayziya sərnişin təyyarəsinə nə olduğu hələ tapılmayıb.
Medianews.az xarici mətbuata istinadən bildiriki,Təyyarə ilə bağlı hər gün yeni bir iddia deyilir. Bütün dünyanı maraqlandıran təyarənin itməsi ilə bağlı son iddia pilotdan şüpələnirlər. Uçuşdan qısa müddət əvvəl pilot telefonla danışıb.Polislər pilota zəng vuran qadını axtarır.Polislərin həmin qadını axtarmasına səbəb isə qadının sim kartı saxta şəxsiyyət vəsiqəsi ilə almasıdır. Pilotun telefon danışıqlarını araşdıran səlahiyyətli şəxlər ən son zəng edənin saxta şəxsiyyət istifadə edərək telefon nömrəsi alan bir qadın olduğunu təyin ediblər. Ancaq qadının şəxsiyyəti bilinmir. Hadisəni daha da maraqlı edən isə Malayziyada telefon nömrəsi ala bilmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsini vermək məcburi olmasıdır.
Səlahiyyətlilər indi sirrli qadınla bağlı kapitan pilot “Zaharie Ahmad Shahın” yoldaşı “Faizah Khandan” məlumat almağa çalışır
Ayişə Əhmədova