Görkəmli sovet rejissoru Leonid Qaydayın çəkiyi “Qafqaz əsiri və Şurikin yeni macəraları” filmində səsləndirilən ayılar barədə mahnının yeni versiyası hazırlanıb.
ANS PRESS-in xəbərinə görə, sözləri olduğu kimi qalan məşhur mahnı müxtəlif filmlərdəki səslər vasitəsilə ifa olunub.
Həvəskar montajçı tərəfindən hazırlanan və sosial şəbəkələrdə yayılan mahnı “You-Tube” video paylaşımı portalında 1 milyon dəfədən çox izlənib.
Qeyd edək ki, 1966-cı ildə çəkilmiş, bu gün də öz populyarlığını itirməmiş filmdə həmin mahnını unudulmaz ifası ilə Aida Vedişşeva səsləndirib.