Sosial şəbəkə saytı facebookda bir rəngsazın saz çalaraq mahnı oxumasını əks etdirən video-çarx yayılıb.
ANS PRESS-in xəbərinə görə, rəngsaz həm saz ifası, həm də mahnı oxuması ilə peşəkarlardan heç də geri qalmır.
Türkiyədə çəkildiyi güman olunan videogörüntülərdəki həvəskar ifaçı türkcə oxuyur.
Qeyd edək ki, video-çarx facebooka yerləşdirildiyi 6 gün ərzində 90 min dəfə paylaşılıb, təxminən eyni sayda like edilib və həmin videoya minlərlə şərh yazılıb.