Türkiyənin əsas müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Böyük Millət Məclisində qrup yığıncağına girərkən bir şəxsin yumruqlu hücumuna məruz qalıb.
Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, iki yumruq zərbəsi alan Kılıçdaroğlunun eynəyi də yerə düşüb.
Məlumatda qeyd edilir hücumun ardından qalmaqal yaranıb. Təcavüzkarın orta boylu olduğu bildirilir. Məclisdəki polis təcavüzkarı saxlayıb, məsələni araşdırılar.