“Çox təəssüf ki, mən Türkiyədə yaxşı dərk edilmədim”.
“Axar.az” xəbər verir ki, bu sözlər eks-prezident Əbülfəz Elçibəyin yeni yayılmış videosunda səslənir. TGRT telekanalına verilən intervüdə Elçibəy Azərbaycanın Türkiyəyə 200 milyon dollar üçün etdiyi müraciətdən yararlana bilmədiyini qeyd edir: “Mən Türkiyədən vallah bir şey gözləmirəm. Türkiyənin özünün çıxarları çoxdur. Amma Türkiyədən bir şey istədim. 200 milyon dollar kredit. O krediti yubatdılar. Əgər o vaxtında verilsəydi, çox şey edərdim. Gücümüz çatmadı. Mən istəmirdim başqa ölkədən pul götürüm. Çox təəssüf ki, mən Türkiyədə yaxşı dərk edilmədim”. Süjetdə həmçinin Hasan Cəlal Gözəlin də etirafları yer alır. O, Türkiyənin Azərbaycanı öz əlləri ilə ruslara verdiyini etiraf edir: “Məncə, Elçibəyə heç kömək etmədik. Elçibəy xalq qəhrəmanı idi. O, Türkiyə Cümhuriyyətinin ən yaxın dostuydu. Heç kömək etməyib onu taleyi ilə baş-başa buraxdıq. Azərbaycanı öz əllərimizlə ruslara verdik”