Qax rayonunda iki kişi meyiti tapılıb. Qax rayon Polis İdarəsinin müstəntiqi İlqar Səfərovun verdiyi məlumata görə, qətlə yetirilənlər qardaşdırlar. Bunlar 1960-cı təvəllüdlü Rostyaşvili Besaryon və 1956-cı il təvəllüdlü Rostyaşvili İyase İsakoyeviç qardaşlarıdırlar. Qardaşların boğazları kəsilən meyiti yaşadıqları evdə aşkarlanıb.
Öldürülənlər tək yaşayırlarmış. Onların meyitləri hər birini öz evində qohumları tərəfindən aşkarlanıb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Faktla bağlı araşdırma aparılır.ans