Türkiyədə Ana Vətən Partiyasının sabiq millət vəkili Adnan Yıldıza silahlı hücum olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Milliyət” qəzeti xəbər verib.
Məlumata əsasən, hücum nəticəsində sabiq millət vəkilinin həyat yoldaşı və qızı aldıqları güllə yarasından vəfat ediblər.
Musavat.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, maşından açılan atəş nəticəsində basqınçılardan biri öldürülüb.
Adnan Yıldızın valyutadəyişmə məntəqəsi sahibi olduğu bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.