Məşhur müğənni Zamiq Hüseynovun artıq səs-küyü qalxan “Gör nələr olur” adlı mahnısına çəkdirdiyi klipi sosial şəbəkədə yerləşdirilib.
ANS PRESS-in məlumatına görə, ötən günlərdə yerli telekanallardan birində yayımlanan canlı efir zamanı klipini təqdim edən ifaçının klipi marağa səbəb olub.
Rejissorluğunu Fərhad Əlinin etdiyi video görüntü açıq-saçıqlığı ilə yaddaşlarda qalmağı bacarıb. Bundan qabaq da bir neçə klipi üçün Rusiya və Ukraynadan model xanımlar dəvət edən Zamiq bu işi üçün də Ukraynaya müraciət edib. Çəkilişlər Bakıda aparılıb.
Qeyd edək ki, mahnının sözləri ötən günlərdə möhtəşəm toyu ilə medianın gündəmini zəbt edən şairə Leyli İsrafilovaya aiddir.
Xatırladaq ki, klip təqdim olunan gündən etibarən sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.