Ötən gün Türkiyənin “Bu gün” televiziyasında gözlənilməz və qeyri-adi görüntülərə yer verilib.
ANS PRESS-in xəbərinə görə, Türkiyənin “Bu gün” televiziyası İstanbul Beynəlxalq Rəqs Festivalının təşkilatçısını qonaq çağırıb.
Gülən camaatının kanalı olaraq tanınan “Bu gün TV”-də rəqqaslar hünərlərini göstəriblər. Qız və oğlan rəqqas seksual geyimdə şou nümayiş etdiriblər.
İzləyicilərin heyrətinə səbəb olan bu görüntülər bəzilərinin isə lap könlüncə olub.
Sözügedən video sosial şəbəkədə böyük səs-küyə və müzakirələrə səbəb olub.