Hakerlər şirkətdən bunun qarşılığında pul tələb edirlər
İngiltərənin “The Sun” qəzeti bütün İngiltərəni təşvişə salan xəbər yayıb.
Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, rus hakerləri təxminən 500 min ingilis qadının gizli estetik cərrahiyyə sirlərini oğurlayıb və bu vasitə ilə şantaja başlayıblar.
Qadınların bədənləriylə bağlı gizli məlumatların saxlandığı “The Harley MediGroup”un kompüterlərini ələ keçirən rus hakerlər həmin qadınlarla təmasa keçərək, onları şantaj etməyə başlayıb.
Şantajçı hakerlər İngiltərədə 21 klinikası olan “The Harley Medi Group”un 480 min anket məlumatını oğurlayıb şirkətdən bunun qarşılığında pul tələb edir.
Oğurlanan anketlərdə estetik cərrahiyə ilə bağlı məlumatlarla yanaşı xəstənin adı, ünvanı və telefon nömrələri də qeyd olunub.