QOÇ –( Mart 21 – Aprel 20 )
Riskli işlərə, nəticəsinə əmin olmadığınız sövdələşmələrə girişməyin. Daha çox evdə, ailə üzvlərinizlə, dostlarınızla bir yerdə olmağa çalışın. Qonaq getmək də olar.
BUĞA – (Aprel 21 – May 20)
Əvvəlki günlərdə verdiyimiz tövsiyələrə əməl etmisinizsə, təxminən saat 12-dən başlayaraq iştirakçısı olduğunuz proseslər xeyrinizə cərəyan edəcək. Özünüzə təzə geyim alın.
ƏKİZLƏR –(May 21- İyun 21)
Ulduzlar ovqatınızı yüksəltmək üçün əllərindən gələni edəcəklər. Amma heç olmasa, özünüz də buna azacıq cəhd etməlisiniz. İnsanlara qarşı gülərüz münasibət göstərin.
XƏRÇƏNG -––(İyun 22 – İyul 22)
Fəaliyyət istiqamətində vaxtınızı çox itirməyin. Onsuz da nəzərdə tutulan nəticəni əldə edə bilməyəcəksiniz. Buraxdığınız səhvləri etiraf etməyi və bağışlamağı bacarmalısınız.
ŞİR – (İyul 23 – Avqust 23)
Hiss olunur ki, bu gün ümumi gərginlik ovqatınıza hakim olacaq. Elə isə bütün gücünüzü toparlayıb neqativ hallara qarşı müqavimət göstərin. Enerjinizi boş yerə xərcləməyin.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Bu təqvimin mahiyyətini romantik məcraya yönəltməklə ümumi gərginliyinizi azalda bilərsiniz. Əks cinsin nümayəndələri ilə mehriban davranın. Özünüzü zəhərlənmədən gözləyin.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Qarşınızda duran bu təqvimdə çoxdan görmədiyiniz dost və qohumlarınıza baş çəkin. Nahar ərəfəsində aldanma ehtimalınız olduğu üçün bir qədər tədbirli olun.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Günün ümumi görüntüsü qarşıdurmalarla müşayiət olunacaq. Nə qədər çətin olsa da, əsəblərinizi cilovlamağa çalışın. Bunu bacarsanız, axşama yaxın ovqatınız yüksələ bilər.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Ətrafınızda olan xeyirxah insanların qədrini bilin. Onsuz da həyatda təkbaşına çox şeyə nail ola bilmirsiniz. Yersiz ittihamlara, dedi-qoduya əhəmiyyət verməklə səviyyənizi endirməyin.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Bu gün yeganə probleminiz səhhətinizlə bağlı ola bilər. Odur ki, əsəbi situasiyalardan, daxili soyuqdəymədən qorunmalısınız. Qalan məsələlərdə isə ciddi probleminiz olmayacaq.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
Dünyanı düzəltmək fikrindən vaz keçin. Özünüzü və ətrafınızdakıları ədalət müstəvisinə çəkə bilsəniz, bu da böyük işdir. Nəzərə alın ki, insanları inandırmaq qabiliyyətiniz aşağıdır.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Mistik düşüncələrə ciddi yanaşmayın. Əksinə, bu gün uğurlu məqamlar yaşayacaqsınız. Maddi çətinliyi özünüzə dərd etməyin. Axşam çoxdan görüşmədiyiniz yaxınlarınıza baş çəkin.