Rusiya estradasının primadonnası, SSRİ xalq artisti Alla Puqaçova 65 yaşını qeyd edib.
ANS PRESS-in məlumatına görə, ad gününü ailəsində qeyd edən müğənni həm də yeni mahnı və klipini təqdim edib. Puqaçovanın “Bizi döyürlər, biz uçuruq” adlı kompozisiyası ad günündə “Russkoe radio” tərəfindən təqdim edilib.
Primadonna ilk nümayiş hüququnu bu şirkətə verib. Mahnının mətnində bütün aşiqlərə müraciət edilir ki, hətta yaxın adam sizi satarsa, özünüzü itirməyin və çətinliklərə baş əyməyin.