“Dərin mənalı mahnıdır”.
Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova müsabiqədə ifa edəcəyi “Start a Fire” mahnısının Azərbaycan dili versiyasını təqdim edib.
Mahnının Azərbaycan versiyası “Bir qığılcım” adlanır.
““Start a Fire” dərin mənalı mahnıdır. Onun süjeti mənə və mənim ölkəmə çox yaxındır. Mən mahnının doğma dilimə tərcümə olunmasını səbirsizliklə gözləyirdim”, – deyə D.Kazımova bildirib.
Qeyd edək ki, D.Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin birinci yarımfinalında mayın 6-da Kopenhagendə təqdim edəcək.
APA/