Türkiyənin 8-ci prezidenti bu gün ölümünün 21-ci il dönümü olan Turqut Özalın zəhərlənərək öldürülməsi iddiasının paralel dövlətə məxsus olduğu məlum olub.
Paralel dövlətin bu iddianı ortaya atmaqla bəzi dairələrə təsir etməyi planlaşdırdığı bildirilir.
Məhkəmə Tibbi Ekspertizasının hesabatında Özalın zəhərlənərək öldürülməsi ilə bağlı göstərilən dəlillərin əsassız olduğu aşkarlanıb.
Bundan sonra isə paralel dövlətə məxsus olan mətbuat orqanlarında da Özalın böyrəklərinin yoxlanmasını tələb edib. Lakin prezidentin ölümündən çox uzun müddət keçdiyinə görə böyrəkləri şürüyüb və onu tədqiq etmək mümkün deyil.
`Sabah.com.tr` xəbər verir ki, paralel dövlətin elmi nəticələrə baxmayaraq Özalın zəhələrnərək öldürüldüyü iddiasını sübut etməyə çalışıb. Burada isə məqsəd onun sui-qəsdindən istifadə edərək müxtəlif dairələrə təsir etmək olub.