Rusiya Federasiyasının prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında Ukraynanı hədələyib.
Aktual.az xəbər verir ki, canlı efirdə sualları cavablandıran Putin Rusiya Federal Şurasının ona verdiyi hərbi müdaxilədən istifadə hüququnu xatırladıb.
Onun sözlərinə görə, əgər Ukrayna ölkənin şərqindəki etnik rusların hüquqlarının qorunmasına cəhdlər etməsə, o, sözügedən hüquqdan istifadəni nəzərdən keçirəcək.
Putin bu dəfə də Ukraynaya qarşı aşkar şəkildə torpaq iddiasında olub və əlavə edib ki, Ukraynanın şərq vilayətləri ötən əsrin 20-ci illərinə qədər Rusiya Federsiyasının tərkibində olub.
Xatırladaq ki, canlı yayım hələ də davam edir.