Yarıçılpaq qız incə bədəni ilə musiqi sədaları altında rəqs edir.
Azərbaycanın gənc və istedadlı rejissoru Fuad Gold və fotoqraf Timur Nəcəfov swag formatda daha bir erotik video çəkiblər.
Erotik videonu rejissor Fuad Gold Facebook sosial şəbəkəsində paylaşıb.
Videoda yarıçılpaq qız musiqi sədaları altında incə və gözəl bədəni ilə rəqs edir. Qız öz plastik hərəkətləri ilə baxışları özünə cəlb edir.
Fuad Gold Oxu.Az-a bildirdi ki, görüntülər Bakıda çəkilib, rəqs edən qız azərbaycanlıdı, lakin adını deyə bilməz.
Qeyd edək ki, bu formatda video rejissorun birinci işi deyil, swag üslubunda ilk video keçən il çəkilib. Görüntülərə baxan tamaşaçılarda fikir ayrılığı yaranmışdı, bəziləri videonu vulqar və erotik adlandırmışdılar, bəziləri isə yaxşı iş adlandıraraq, sadəcə qızın rəqsini izləmişdilər. Fuad Gold öz növbəsində Oxu.Az-a bildirib ki, “görüntülərdə heç erotika da yoxdur, bu klip reklam xarakterli deyil və sadəcə swag üslubunda rəqsi əks etdirir”.
Xatırladaq ki, MDB məkanında “swag” sözü reper Soulja Boyun “Turn my swag on” (“Mənim stilimi qiymətləndir”) mahnısı sayəsində tanınıb. Bu gün “swag” tez-tez istifadə olunan geyim deməkdir.