Braziliyadakı futbol oyunlarından birində məşqçinin xanım hakimə söz atması böyük qalmaqala səbəb olub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, məşqçi Selso Teyşeyra stadiondan kənarlaşdırılıb. Əsgərlərin müşayiəti ilə meydandan çıxarkən xanım hakim Mayra Amerikano Labesə söz araraq ona “gostoso” deyib. Həmin söz portuqal dilindən tərcümədə “dadlı” mənasını verir. Həmin söz adətən porno jarqonlarda istifadə edilir.
Məşqçinin bu sözü geniş narazılıqlara səbəb olub. Hüquq müdafiəçiləri məşqçinin bu sözlərini qadınlara qarşı dözümsüzlük kimi dəyərləndiriblər. Teyşeyra isə qadınlara qarşı dözümsüzlüyün olmadığını, həmin sözü isə zarafatla dediyini bildirib.
Mayra Amerikano Labes isə oyun zamanı başı qarışıq olduğu üçün məşqçinin sözlərinə əhəmiyyət vermədiyini qeyd edib.