Bakının Mirəli Qaşqay və Ənvər Qasımzadə küçələrinin kəsişməsində asfalt örtüyü çöküb.
Hadisə səhər saatlarında baş verib. Yolun çökdüyü ərazidə problemin aradan qalxması üçün “Azərsu”ASC-nin əməkdaşları cəlb olunub.
Nəsimi rayon Su-kanal İdarəsinin baş mühəndisi Hüseyn Ağasıyev qəzanın ilkin səbəbini su borusunun partlamasında görüb.
Baş mühəndis faktxəbər-ə bildirib ki, problem gün ərzində aradan qaldırılacaq.
Hazırda qəzanın baş verdiyi ərazidə tıxac müşahidə olunur.
Xatırladaq ki, ötən gün Bakının Nobel prospektində də asfalt örtüyü çökmüşdü.
http://s019.radikal.ru/i629/1404/6c/91225d8f2b45.jpg
http://i031.radikal.ru/1404/9e/8f28d1cb93ed.jpg
http://s005.radikal.ru/i211/1404/77/74d924e03551.jpg