Məlum olduğu kimi Azərbaycan mediasında bir neçə gündür ki, Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun paytaxtın Zığ-Hava limanı şosesində sürət yarışına çıxmağı ilə bağlı “virtualaz.org” xəbər saytının yaydığı xəbərlər müzakirə olunur.
Yayılan məlumatlarda “10 LZ 100” dövlət nömrə nişanlı avtomobilinin sahibi Məmmədov Aynar Elton oğlu iddia olunsa da, ancaq deputat Elton Məmmədov isə bu xəbərləri “böhtan” adlandırdı. O, hətta həmin avtomobillərin kimə məxsus olmasını da açıqlayıb. Deputat Aznews.az-a deyib ki, sözügedən “10 LZ 100” dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35” markalı avtomobil paytaxtın Nəsimi rayon sakini Bağırov Zaur Mətləb oğluna məxsusdur. E.Məmmədov Zaur Bağırovun qardaşı Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ilə heç bir əlaqəsi olmadığını da söyləyib.
Publika.az olaraq biz “10 LZ 100” dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35” markalı avtomobilin sahibi Bağırov Zaur Mətləb oğlu barədə qısa araşdırma apardıq.
Məlum olub ki, Zaur Bağırov hazırda Nəqliyyat Nazirliyinin balansında olan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Z.Bağırov Elton Məmmədovun ailəvi yaxın tanışıdır.
Hətta, deputat Elton Məmmədov ilə Aynar Məmmədovun müxtəlif məkanlarda bahalı avtomobillərdə və dəbdəbəli həyat tərzlərini əks etdirən birgə fotoları da var.
http://s020.radikal.ru/i719/1404/f4/0d98f32599c5.jpg
http://s006.radikal.ru/i214/1404/20/b07e8faba250.jpg
http://s019.radikal.ru/i605/1404/03/ff0094f81b59.jpg
http://s020.radikal.ru/i714/1404/6b/7e1d87d3bfc3.jpg
http://s011.radikal.ru/i317/1404/35/5ad2c2dede28.jpg
http://s52.radikal.ru/i137/1404/c8/0fc33cb5b756.jpg
http://i031.radikal.ru/1404/22/6439c09ab00d.jpg
http://i023.radikal.ru/1404/71/fdef8b3e9120.jpg
http://i023.radikal.ru/1404/c9/ec9585e2cd54.jpg
http://i074.radikal.ru/1404/b0/6547487e2ffb.jpg
http://s019.radikal.ru/i628/1404/b8/e51bb5d901d8.jpg
http://s52.radikal.ru/i137/1404/a7/69476862697e.jpg
http://i058.radikal.ru/1404/e6/2ad1801077d4.jpg
http://s020.radikal.ru/i716/1404/12/efc22d8862fd.jpg
http://i024.radikal.ru/1404/16/25f71fba7774.jpg
http://s020.radikal.ru/i714/1404/4a/fe3178a5b33c.jpg
http://s019.radikal.ru/i617/1404/ef/4fc2af58668f.jpg