QOÇ –( Mart 21 – Aprel 20 )
Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün əhəmiyyətli vaxtdır. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıq ucu gələn bütün yollara baş vurun.
BUĞA – (Aprel 21 – May 20)
Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Pul məsələlərində ehtiyatlı olun.
ƏKİZLƏR –(May 21- İyun 21)
Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olmayacaq. Ailə-sevgi zəminində isə yeni mərhələyə qədəm qoyacaqsınız.
XƏRÇƏNG ––(İyun 22 – İyul 22)
Həddindən ziyadə uğurlu ərəfədir. Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Günün ikinci yarısı bu baxımdan daha münasibdir.
ŞİR – (İyul 23 – Avqust 23)
Əgər ixtiyarınızda olan bu təqvimdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik görüş və əyləncələr bəxş edəcək. Buna hazır olun.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Saat 14-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracağınız ehtimal olunur. Axşama yaxın darıxdığınız insanlara baş çəkməyə çalışın.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Hansısa ciddi və riskli işlərə qol qoymamalısınız. Bu günün işini sabaha saxlamayın. Qərarlarınızda qəti olun.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Hər hansı qanqaraçılığı və ya məyusluq ehtimalı yoxdur. Ailə zəminində isə hər şey ürəyinizcə olacaq.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaqlar. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hər hansı məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Böyüklərin məsləhətini qulaqardına vurmayın.
BALIQLAR –BALIQLAR – (Fevral 20 – Mart 20)
İxtiyarınızda olan bu təqvimdə aktivliyi artırmağınız vacibdir. Bunun öhdəsindən gəlsəniz, ulduzlar sizə yardımçı olacaq. Yaxın adamlarınızdan xəstələnən varsa, mütləq ona baş çəkin.