Şennon Briqqs: “Sən əsl çempion deyilsən, xalqın çempionu mənəm”
Amerikalı ağır çəkili boksçu Şennon Briqqs özünü Vladimir Kliçkonun keçirdiyi mətbuat konfransına soxub və onu döyüşə çağırıb.
ANS PRESS-in məlumatına görə, qalmaqal aprelin 22-də baş verib. Həmin vaxt ukraynalı boksçu jurnalistlərlə görüşərək şənbə günü Aleks Leapai ilə nəzərdə tutulan görüşündən danışırmış.
Kliçko tərəfindən rəqib kimi seçilmədiyində əsəbiləşmiş Briqqs öz futbolkasını cırıb, onu ukraynalı idmançının qarşısına atıb və revanş imkanı tələb edib.
“Sən əsl çempion deyilsən, xalqın çempionu mənəm”, – deyə əsəbiləşmiş amerikalı qışqırıb. Mühafizəçilər özündən çıxmış Briqqsi yalnız 10 dəqiqədən sonra oradan uzaqlaşdıra biliblər.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.