FaktXəbər-in verdiyi məlumata görə, Boliviya prezidenti Evo Morales natkotik qaçaqmalçıları ilə mübarizə sahəsində yeni fərman imzalayıb. Belə ki, ölkənin ordu qüvvələrinə narkotik daşıyan təyyarələri vurmaq səlahiyyəti verilib.
Buna qədər Boliviyada hava təhlükəsizliyinin təmini ilə bağlı qanun mövcud deyildi. Qaçaqmalçılar da narkotik maddələri ölkəyə təyyarələr vasitəsilə gətirirdi.
Evo Morales mövzu ilə bağlı həmçinin bildirib ki, hazırda hava məkanına tam nəzarəti təmin etmək üçün ölkənin radar sisteminə də ehtiyacı var. O, əlavə edib ki, bəzi ölkələrlə bu istiqamətdə danışıq aparılır.