Əslən Koliforniyadan olan 41 yaşlı Hollivud ulduzu Kameron Dias bədən quruluşu və geyimi ilə hər kəsi heyran qoyub.
ANS PRESS-in məlumatına görə, ötən gün Los Ancelesdə aktrisanın baş rollardan birini canlandırdığı “Başqa qadın” romantik-komediya filminin qala gecəsi baş tutub. Tədbirə kino aləminin bir çox tanınmış simaları qatılıb. Hər kəsi bir araya toplayan qəhrəmanlar özlərinə güvənərək qırmızı xalça üzərində yeriyiblər. Yaşına baxmayaraq gənc qızlara meydan oxuyan aktrisa diqqəti çəkməyi bacarıb.
Qara qısa don geyinərək gəlincik obrazını yaradan Kameron qala gecəsində yaşından cavan görünməyi bacarıb. Aktrisanı tək buraxmayan həmkarları tədbir sona çatana qədər onunla bol-bol şəkil çəkdiriblər.
Gecədə iştirak edənlərin sırasında Lesli Mann, Keyt Apton, Niki Minaj və başqaları da olub. Geccədən olan maraqlı kadrları və filmdən olan qısa kadrları sizə təqdim edirik.
http://i031.radikal.ru/1404/c6/568f28d7a271.jpg
http://s020.radikal.ru/i723/1404/17/cb4723568d5c.jpg
http://s52.radikal.ru/i137/1404/a8/ef8df5478d2b.jpg
http://i022.radikal.ru/1404/4e/d95a6c5d2800.jpg
http://s43.radikal.ru/i101/1404/f1/ba0a3b7de23c.jpg
http://s006.radikal.ru/i214/1404/1f/4c5419c7e927.jpg