“Vəhşi mələk” Rusiyanın birinci kanalında yayımlanan “Veçerniy Urqant” verilişində İvan Urqantın qonağı olub
Uruqvaylı məşhur aktrisa Natalia Oreiro Rusiyaya qonaq gedib. ANS PRESS-in məlumatına görə, “Vəhşi mələk” Rusiyanın birinci kanalında yayımlanan “Veçerniy Urqant” verilişində İvan Urqantın qonağı olub.
Verilişin əvvəlində aparıcı aktrisa ilə zarafatlaşaraq onunla guya ana dilində-ispan dilində danışmağa başlayıb. Oreiro heç nə başa düşməyərək “Ya niceqo ne ponimayu” deyə cavab verib.
Xatırladaq ki, Nataliya Oreiro 1998-1999-cu illərdə yayımlanan və Azərbaycanda da böyük populyarlıq qazanan “Vəhşi mələk” və “Varlılar və məşhurlar” teleserialları ilə məşhurlaşıb.