FaktXəbər-in verdiyi məlumata görə, Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Günün yeganə qarşılaşması İspaniya paytaxtı Madriddə baş tutub.
Turnirin ən titullu klubu “Real” öz meydanında Almaniya “Bavariya”sını qəbul edib. Ötən mövsümün qalibi olan Münhen təmsilçisi bu dəfəki duelə “Real”la köhnə hesabları olan Xosep Qvardiola ilə çıxıb. Oyun “Bavariya”nın ərazi üstünlüyü şəraitində keçsə də, ilk və yeganə qolu əks-hücumdan yararlanan “Real” vurub. Kərim Benzemanın 19-cü dəqiqədə vurduğu qol Münhendə keçiriləcək cavab görüşü ərəfəsində madridlilərə qələbə qazandırıb.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
23 aprel
“Real” (İspaniya) – “Bavariya” (Almaniya) – 1:0
Qol: Benzema, 19
Baş hakim: Hovard Uebb (İngiltərə)
Madrid. “Santyaqo Bernabeu” stadionu